Ermənistandan Rusiyaya xəbərdarlıq: “Zvartnots”u tərk edin!

Ermənistandan Rusiyaya xəbərdarlıq:  “Zvartnots”u tərk edin! backend

Ermənistan Rusiya sərhədçilərinin iştirakı olmadan Zvartnots hava limanında xidmət göstərməyə qadir olduğu barədə Rusiya Federasiyasına xəbərdarlıq edib.

Qaziler.az “RİA Novosti”yə istinadla bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

O vurğulayıb ki, Ermənistan sərhəd xidməti artıq obyektə müstəqil nəzarət etmək üçün kifayət qədər təcrübəlidir. Paşinyan həmçinin Rusiya Federasiyasına respublikaya göstərdiyi davamlı dəstəyə görə minnətdarlığını da bildirib.

Təhlükəsizlik Şurasının katibi (Armen Qriqoryan) bu sorğunu necə rəsmiləşdirib, bilmirəm, lakin bizim xidmətlərimiz Rusiya Federasiyasına rəsmi məktublar göndərərək, onlara dəstək olduqlarına görə minnətdarlıqlarını bildiriblər. Sərhəd xidmətimiz o qədər böyük təcrübə toplayıb ki, o, indi (aeroportda) müstəqil şəkildə nəzarəti həyata keçirə bilir”, - Paşinyan qeyd edib.

QAZİLER.AZ

Diaspora