Ermənistan və İran XİN rəsmiləri Tehranda məsləhətləşdi…

Ermənistan və İran XİN rəsmiləri Tehranda məsləhətləşdi… backend

Martın 9-da Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan və İran xarici işlər nazirinin müavini Əli Bagiri Qaninin rəhbərliyi ilə Tehranda Ermənistan və İran XİN-ləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Həmsöhbətlər Ermənistan-İran ikitərəfli münasibətləri, regional hadisələr, eləcə də iki ölkə arasında çoxtərəfli platformalarda əməkdaşlıqla bağlı geniş spektrli məsələləri müzakirə ediblər.

Siyasi məsləhətləşmələr çərçivəsində Kostanyanın başçılıq etdiyi nümayəndə heyətini İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian qəbul edib.

“Ermənistan və Azərbaycan arasında davam edən sülh danışıqlarına toxunan tərəflər Cənubi Qafqazda sabit sülhə nail olmaq və regional əlaqələri və əməkdaşlığı gücləndirmək üçün mövcud məsələlərin müstəsna olaraq sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar.

Bu baxımdan hər iki tərəfdən suverenlik, yurisdiksiya, bərabərlik, qarşılıqlılıq və beynəlxalq səviyyədə tanınmış sərhədlərin bölünməzliyi prinsiplərinə hörmət edilməsinin zəruriliyi vurğulanıb”, - tərəflərin birgə bəyanatında qeyd edilib.

Diaspora