Makron dövlətimizə qarşı təcavüz barədə fikirlərini pis yuxu kimi unutmalıdır. Əks halda, onun aqressiv hərəkətləri nəticəsiz qalmayacaq.
QAZILER.AZ Axar.az-a istinaden xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet deyib.
Onun sözlərinə görə, Makron səs-küylü bəyanatları ilə Avropanın ən nüfuzlu siyasətçisi rolunda görünməyə çalışsa da, praktikada o öz ölkəsində nifrət edilən bir insandır.
Qeyd edək ki, daha öncə Fransa Prezidenti Emmanuel Makron parlamentdəki partiyalarla görüşü zamanı bəyan edib ki, Rusiya qoşunları Kiyev və ya Odessanı işğal etsə, Ukraynaya qoşun göndərmək mümkündür.