İsveç NATO-ya daxil olduqdan sonra hərbi-siyasi blokun logistika mərkəzinə çevrilə bilər ki, bu da onun qoşunlarının köçürülməsini asanlaşdıracaq. NATO üzvü olan ölkələr bu qovşaqdan Estoniya, Latviya və Litvanın müdafiəsini asanlaşdıracaq nəqliyyat qovşağı kimi istifadə edə biləcəklər.
Qaziler.az xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən yazır.
Nəşr aydınlaşdırır ki, Baltikyanı ölkələr indi onları Polşadan ayıran Suvalki dəhlizinə arxalanır.
"Rusiya ilə birbaşa sərhədi olmayan İsveç, çox güman ki, NATO-nun hərbi təşkilatçıları üçün fərqli rol oynayacaq. O, münaqişə zamanı logistika mərkəzinə, eləcə də Finlandiya və ya Baltikyanı ölkələrin möhkəmləndirilməsi üçün marşruta çevriləcək”, - qəzet materialında qeyd edilir.
QAZİLER.AZ