Ermənistan Misirin köməyi ilə logistika məsələlərini həll edərək Qəzza zolağına humanitar yardım göndərməyə hazırlaşır.
Qaziler.az bu barədə “Lenta.ru”ya istinadla xəbər verir.
“Biz beynəlxalq ictimaiyyətin Qəzzada atəşkəs yaratmaq çağırışlarına qoşuluruq. Biz Misirin Qəzzaya humanitar yardımın maneəsiz çıxışını təmin etmək səylərini yüksək qiymətləndiririk”, - deyə Ermənistanın baş naziri bildirib.
O əlavə edib ki, İrəvanın malların göndərilməsi zamanı logistika problemlərini həll etmək üçün Misirdəki tərəfdaşların məsləhətinə və dəstəyinə ehtiyacı var.
“Biz prezidentə bu işə dəstək vermək istəyinə görə təşəkkür edirik”, - Paşinyan bildirib.
Baş nazir Misir tərəfinə Cənubi Qafqazdakı vəziyyət və Ermənistanla Azərbaycan arasındakı münasibətlər barədə də məlumat verib. Hökumət başçısı əlavə edib ki, İrəvan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası prosesinə başlamağa hazırdır, ona əsasən MDB ölkələri SSRİ-nin tərkibində olduqları sərhədlər çərçivəsində bir-birlərinin ərazi bütövlüyünü tanıyırlar.
QAZİLER.AZ