İsrail "HƏMAS" məhv edilənə qədər Qəzzada əməliyyatı dayandırmayacaq - Nazir

İsrail "HƏMAS" məhv edilənə qədər Qəzzada əməliyyatı dayandırmayacaq - Nazir backend

İsrail "HƏMAS" məhv edilənə qədər Qəzza zolağında hərbi əməliyyatları dayandırmayacaq.

QAZILER.AZ  Trend-e istinaden verdiyi məlumata görə, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant deyib.

"HƏMAS-ı məhv edənə qədər bu müharibəni bitirməyəcəyik", - deyə o bildirib.

Y.Qalant həmçinin qeyd edib ki, "HƏMAS" məhv edilmədən Qəzzada müharibə bitəcək bir vəziyyət olmayacaq.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Diaspora