Fələstin Prezidenti Mahmud Abbas Qəzza müharibəsi və Fələstin qrupları arasında barışıq səyləri ilə bağlı danışıqlar aparmaq üçün gələn həftə Türkiyəyə səfər edəcək.
QAZILER.AZ Publika.az-a istinadla verdiyi xebere göre, Aralıq dənizi sahilindəki Antalya kurortunda keçirilən illik diplomatik forumda yekun nitqində çıxış edən Fidan "Ramazandan əvvəl atəşkəs əldə etmək üçün ciddi istək və səy var" deyib.
Türkiyənin xarici işlər naziri Abbasın çərşənbə axşamı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya səfər edəcəyini təsdiqləyib.
Fidanın sözlərinə görə, iki lider Fələstində baş verən hadisələri, müharibənin hazırkı gedişatını, həmçinin Fələstindaxili dialoqu müzakirə edəcəklər.