Avdeyevkadan sonra Rusiyanın növbəti hədəfi Xarkov olacaq.
QAZILER.AZ. Axar.az-a istinaden xəbər verir ki, bunu NATO-nun Hərbi Komitəsinin keçmiş sədri, Almaniya ordusunun ehtiyatda olan generalı Harald Kuyat deyib.
“Hazırda onlar Avdeyevkanı götürüblər və bu, böyük üstünlükdür. Növbəti hədəf Xarkovdur”, - general bildirib.
Kuyat fikrini onunla əsaslandırıb ki, hazırda Rusiya ordusu Kupyansk istiqamətində fəal hərbi əməliyyatlar aparır:
“İndi Ukrayna ordusu quru hücumları və döyüş əməliyyatları aparmaq iqtidarında deyil. Min kilometrlik cəbhə xəttində Ukrayna hərbi qulluqçularının sayı çox azdır”.