Tehran Qırmızı dənizin Sudan sahillərində öz hərbi-dəniz bazasının yaradılması ilə bağlı danışıqlar aparsa da, uğursuz alınıb.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” nəşri Sudan kəşfiyyatının əməkdaşı Əhməd Həsən Məhəmmədə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, İran bu yolla dəniz nəqliyyatına nəzarət etməyə ümid edirdi, həmçinin bazadan kəşfiyyat məlumatları toplamaq üçün istifadə etməyi və orada hərbi gəmilər yerləşdirməyi planlaşdırırdı. Razılıq müqabilində Tehran ölkənin xüsusi təyinatlıları ilə silahlı qarşıdurmanı davam etdirən Sudan ordusuna helikopter daşıyan gəmi tədarük edəcəyinə söz vermişdi.
Məhəmməd bildirib ki, Xartum İranın bu təklifindən imtina edib, çünki o, ABŞ və İsraillə münasibətləri gərginləşdirmək istəmir.