Niderland Ukrayna ilə bu sazişi imzaladı: 10 il ərzində...

Niderland Ukrayna ilə bu sazişi imzaladı: 10 il ərzində... backend

Niderland və Ukrayna arasında 10 illik təhlükəsizlik sazişi imzalanıb.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, bu barədə RTL Nieuws telekanalı məlumat yayıb.

Məlumata görə, imzalanma cümə günü Xarkovda baş tutub, sənədi Niderlandın baş naziri Mark Rutte və Ukrayna prezidenti Vladimir Zelenski imzalayıblar.

Sənəd Kiyevə hərbi yardımın göstərilməsi prosedurunu, həmçinin hərbi sənaye kompleksinin və kibermüqavimətin inkişafına yardımı tənzimləyir. Bundan əlavə, saziş NATO ilə Ukrayna ordusu arasında koordinasiyanı yaxşılaşdırmaq, həmçinin Rusiyaya qarşı sanksiyalar rejimini gücləndirmək məqsədi daşıyır.

Əvvəllər Ukrayna Almaniya və Fransa ilə də analoji müqavilələr imzalayıb. Eyni zamanda, Mark Rutte tezliklə vəzifəsini tərk edəcək və çox güman ki, NATO-nun yeni baş katibi olacaq.

 

 

 

 

Diaspora