Türkiyə rəsmisi: Bölgədə sülhə nail olmaq üçün fikir ayrılıqlarını kənara qoymaq lazımdır

Türkiyə rəsmisi: Bölgədə sülhə nail olmaq üçün fikir ayrılıqlarını kənara qoymaq lazımdır backend

Ermənistan və Azərbaycanı sülh danışıqlarına dair qərar qəbul etməyə vadar etmək cəhdləri səmərəsiz və faydasız olub, bu, 30 il ərzində müşahidə edilib.

“Report” xəbər verir ki, bunu Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Sərdar Kılıç III Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqazda sülh, inkişaf və kommunikasiya” mövzusunda panel müzakirəsində deyib.

O hesab edir ki, normallaşma, davamlı sülh və təhlükəsizliyin bərqərar olması təkcə Cənubi Qafqaz üçün deyil, həm də Avro-Atlantik regionun bütün ölkələri üçün vacibdir:

“Başa düşürəm ki, bu məsələni bir neçə saata həll etmək mümkün deyil. Amma bununla bağlı istək, həll yolunu tapmaq, regionda sülh və təhlükəsizliyin bərqərar olması üçün siyasi iradə olarsa, həmin həll variantını tapmaq üçün kifayət qədər yaradıcı ola bilərik”.

Xüsusi nümayəndənin fikrincə, bəzi fikir ayrılıqlarını kənara qoyub, insanları bir araya gətirə biləcək məsələlərə diqqət yetirmək lazımdır:

“İnanıram ki, 2020 və 2023-cü illərdə baş verən hadisələrdən sonra indi fürsət pəncərəsi yaranıb, çünki regionda strateji dəyişikliklər baş verir və biz bundan yararlanmalıyıq”.

Diaspora