Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı paylaşım edib.
"Report"un xəbərinə görə, diplomat "X" hesabında yazıb ki, cəzasızlıq yeni cinayətlərə səbəb olur.
"Bu gündə qəlbimizi təsvirolunmaz ağrı və kədər doldurur. Xocalı faciəsi bəşəriyyət tarixinə ən faciəli səhifələrdən biri kimi həkk olunub. Kimsə 21-ci əsrdə Avropanın mərkəzində hadisələrin təkrarlana biləcəyini təsəvvür edə bilərdimi? Bu gün Rusiyanın Ukraynaya qarşı törətdiyi cinayətlər birbaşa Xocalı faciəsinin cəzasız qalmasının nəticəsidir" - o bildirib.