Türkiyə XİN Azərbaycan xalqına başsağlığı verib - FOTO

Türkiyə XİN Azərbaycan xalqına başsağlığı verib -  FOTO backend

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Paylaşım qurumun “X” hesabında dərc edilib.

“26 Fevral 1992-ci ildə Ermənistan silahlı birlikləri tərəfindən Azərbaycanın Xocalı şəhərində məsum mülki şəxslərə qarşı gerçəkləşdirilən qətliamı lənətləyirik.

O gün yaşanan vəhşət insanlıq tarixinə qara bir ləkə olaraq keçib.

Xocalıda öldürülən 613 nəfər qardaşımızın və o gün yaralanan, əsir alınan və ya itkin düşən bütün azərbaycanlıların kədəri hələ ürəyimizdədir.

Xocalı qətliamında həyatlarını itirənlərə Allahdan rəhmət diləyir, Azərbaycan xalqına bir daha başsağlığı veririk”, - Türkiyə XİN-in məlumatında qeyd olunur.

Diaspora