Ekspertdən xəbərdarlıq: Qonşuda inqilab başlaya bilər!

Ekspertdən xəbərdarlıq: Qonşuda inqilab başlaya bilər! backend

Gürcüstanda 2024-cü ilin payızına təyin edilmiş parlament seçkiləri fonunda etirazlar başlaya bilər.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı politoloq Aleksandr Dudçak deyib.

O, ölkədə yeni inqilab riski barədə xəbərdarlıq edib.

“Gürcüstanda Avropa gündəmini əsasən prezident Salome Zurabişvili irəli sürür. Lakin yerli əhali artıq Rusiya ilə normal mehriban qonşuluq münasibətlərinin bərpasının bəhrəsini hiss edir. Ticarət dövriyyəsi ilə yanaşı, turist axını da var", - deyə Dudçak bildirib.

Ekspert bildirib ki, parlament seçkilərindən sonra vəziyyət dəyişə bilər. Politoloqun fikrincə, Gürcüstan müxalifəti etiraz aksiyaları təşkil etməyə çalışacaq.

 

 

 

Diaspora