Gürcüstanın Baş naziri və Türkiyənin Tbilisidəki səfiri regional layihələri müzakirə ediblər

Gürcüstanın Baş naziri və Türkiyənin Tbilisidəki səfiri regional layihələri müzakirə ediblər backend

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyənin bu ölkədəki səfiri Ali Kaan Orbayı qəbul edib.

QAZILER.AZ  AZƏRTAC-a istinaden xeber verir ki, bu barede Gürcüstan hökumətinin administrasiyasından məlumat verilib.

Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri diqqət mərkəzində olub. Gürcüstan ilə Türkiyə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və regional geostrateji layihələrdə birgə iştirakın gücləndirilməsinin vacibliyi qeyd edilib.

Bildirilib ki, hazırda həyata keçirilən regional layihələrdə hər iki ölkənin fəal iştirakı bu əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.

Söhbət zamanı regiondakı vəziyyətə və mövcud çağırışlara da toxunulub. Qeyd edilib ki, regionun gələcək inkişafı və daha da çiçəklənməsi üçün sülh və sabitliyin, təhlükəsizliyin bərqərar olunması mühüm əhəmiyyətə malikdir.

İ.Kobaxidze Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyinə görə Türkiyə dövlətinə minnətdarlığını bildirib.

 

 

Diaspora