Ukrayna prezidenti Vladimir Zelenski və İtaliyanın baş naziri Giorgia Meloni iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.
QAZILER.AZ APA-ya istinaden verdiyi məlumata görə, bu barədə Ukrayna liderinin Telegram-kanalında məlumat verilib.
"İtaliya hökumətinin başçısı Giorgia Meloni ilə görüşlərimiz həmişə mənalıdır. Bu gün mühüm nəticə ikitərəfli təhlükəsizlik sazişinin imzalanması oldu. Bu sənəd Ukrayna və İtaliya arasında uzunmüddətli təhlükəsizlik tərəfdaşlığı üçün möhkəm zəmin yaradır", - nəşr yazır.
Öz növbəsində, Meloni qeyd edib ki, saziş hərbi dəstək, eləcə də “yeni hücum halında əməkdaşlığın gücləndirilməsini” nəzərdə tutur.
Ekspertlərin fikrincə, Ukraynanın NATO-ya qəbuluna alternativ ola biləcək oxşar ikitərəfli sənədləri bir neçə ölkə, o cümlədən Fransa, Almaniya və Böyük Britaniya imzalayıb.