Ermənistanın KTMT Parlament Assambleyasındakı (PA) nümayəndələri Belarusda keçirilən parlament seçkilərinə müşahidəçi qismində getməyiblər.
QAZILER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilib ki, Ermənistan istisna olmaqla KTMT-nin bütün üzvləri seçkilərdə müşahidəçi qismində təmsil olunurlar.
Ermənistanın seçkilərdə müşahidəçi qismində iştirak etmədiyinin səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan “Frans 24”ə açıqlamasında Ermənistanın KTMT-də fəaliyyətini dondurduğunu bildirib. Bu açıqlama Rusiyanın dərhal reaksiyasına səbəb olub. Kreml İrəvandan bu fikirlərə izahat verilməsini tələb edib.