Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi “hüquqi dünya nizamının pozulması” olardı, ona görə də Qərb hələ də onlara toxunmaqdan qorxur.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
Onun sözlərinə görə, Qərb ölkələri ikili mövqedədirlər, çünki onlar Moskva ilə hibrid qarşıdurma aparırlar, lakin rəsmən müharibə elan etməyiblər.
Niyə ölkə müəyyən hallarda kompensasiya və təzminat ödəyir? Çünki digər ölkələr onunla münaqişədə, müharibə vəziyyətindədirlər. Amma Qərb bizimlədir və hər zaman bu haqda danışır, müharibə aparmır. Bəs bunu nəyə əsaslanaraq bizdən almaq istəyirlər? - Medvedev deyib.
QAZİLER.AZ