Rusiya tərəfinin Şimali Koreya lideri Kim Çen Ina avtomobil hədiyyə etməsi BMT-nin Moskvanın KXDR-ə qarşı qəbul etdiyi sanksiyaların pozulması kimi qiymətləndirilə bilər.
Qaziler.az bildirir ki, bu fikirləri Sankt-Peterburq Dövlət Universitetinin Avropaşünaslıq kafedrasının professoru Stanislav Tkaçenko “NEWS.ru”ya açıqlamasında bildirib. Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin bu məsələyə reaksiyasından məmnundur, çünki ABŞ özü çox vaxt BMT qaydalarına əməl etmir.
"Rusiya bir vaxtlar Şimali Koreyanın nüvə proqramından çox qəzəbləndi və Çinlə birlikdə sanksiyalar siyahısı qəbul etdi. Sanksiyalar içərisində avtomobillər də var, ona görə də qayda pozuntusu hesab olunur. Lakin Birləşmiş Ştatlar BMT normalarını o qədər pozub ki, Rusiya Xarici İşlər Nazirliyi Dövlət Departamentinin bu reaksiyasına sevinir, bu qayda pozuntusunu Amerika ilə müqayisə etmək olar”, - deyə Tkaçenko bildirib.
Onun sözlərinə görə, bu hədiyyənin təhlükəsizlik və ya müdafiə ilə heç bir əlaqəsi olmadığı, heç kimin təhlükəsizliyinə xələl gətirmədiyi göz qabağındadır. Politoloq qeyd edib ki, Moskvanın hərəkətləri heç nəyə təsir etməyəcək.
“Biz maşın bağışladıq, ABŞ isə çiyinlərini çəkdi, irad bildirdi və tezliklə hamı bunu unudacaq”, - Tkaçenko bildirib.
QAZİLER.AZ