Azərbaycan XİN Kamil Zeynallının Rusiyada saxlanılması məsələsini nəzarətə götürüb

Azərbaycan XİN Kamil Zeynallının Rusiyada saxlanılması məsələsini nəzarətə götürüb backend

Azərbaycanlı fitnes ustası Kamil Zeynallının Moskvanın Domodedovo hava limanında saxlanılması ilə bağlı məsələ Rusiyadakı Azərbaycan səfirliyinin nəzarəti altındadır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir.

Xatırladaq ki, K.Zeynallı gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib.

Diaspora