İran ABŞ-nin husiləri silahla təmin etmək ittihamlarını rədd edib

İran ABŞ-nin husiləri silahla təmin etmək ittihamlarını rədd edib backend

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ-nin Tehranın Yəmən üsyançıları Ənsar Allah (Husi) hərəkatını silahla təchiz etməkdə əli olması ilə bağlı ittihamlarını rədd edib.

Qaziler.az bildirir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. İranlı diplomat dünya təşkilatının Təhlükəsizlik Şurasının sədrinə müvafiq məktub göndərib.

“Mehr” agentliyi məktubun mətnindən sitat gətirir: “İran bu əsassız ittihamları qəti şəkildə rədd edir, onları ABŞ-nin Yəmənə qarşı qeyri-qanuni hərəkətlərinə və hərbi təcavüzünə haqq qazandırmaq və qanuniləşdirmək üçün istifadə etdiyi bir bəhanə hesab edir”.

İrəvani deyib ki, Tehran “mütəmadi olaraq Yəməndəki böhranın diplomatiya yolu ilə, sülh yolu ilə həllini müdafiə edir” və heç vaxt silah satışı və ya təhvil verilməsi də daxil olmaqla BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd fəaliyyətlərlə məşğul olmayıb.

QAZİLER.AZ

Diaspora