Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Rusiya və Ukrayna arasında hərbi əməliyyatların dayandırılması üçün səylərini davam etdirəcək.
Qaziler.az bildirir ki, bu barədə TASS məlumat yayıb.
“Əminəm ki, Türkiyə bu və digər münaqişələrin həllində nəticələr əldə etmək üçün bu kontekstdə fəaliyyətini davam etdirəcək”, - Ərdoğan bildirib.
O qeyd edib ki, Ankara əvvəllər Rusiya ilə Ukrayna arasında atəşkəsə nail olmaq cəhdlərində fəal rol oynayıb, həmçinin taxıl sazişinin həyata keçirilməsinə töhfə verib.
QAZİLER.AZ