Qarabağ qazisindən Zəngilandakı snayper təxribatı ilə bağlı TƏKLİF: "Bufer zona yaradılsın"

Qarabağ qazisindən Zəngilandakı snayper təxribatı ilə bağlı TƏKLİF: "Bufer zona yaradılsın" backend

“Bəzi Qərb ölkələri, xüsusən də Ermənistan Azərbaycanın İranla düşmən olmasını istəyir. Amma biz öz öhdəliklərimizi bilirik”.

Qaziler.az xəbər verir ki, bu fikri “Qarabağ qaziləri” ictimai birliyinin idarə heyətinin üzvü Rey Kərimoğlu “Real” TV-nin canlı debatında səsləndirib.

“Niyə biz onların istəkləri ilə İranla düşmən olmalıyıq ki?! Düzdür, İranla bizim Təbriz dərdimiz, Cənubi Azərbaycan məsələlərimiz var. Amma indi Ermənistan kimi məkirli bir millətlə, dövlətlə savaşırkən Avropa, Qərb ölkələri bizi qəsdən məğlub etmək, zəiflətmək üçün müxtəlif dövlətlərlə münaqişəyə sövq edirlər. Ermənistan bilirdi ki, bu hadisənin davamında Azərbaycan adekvat addım atacaq, qisas əməliyyatı olacaq. Sadəcə olaraq onların niyyəti bunu bir az genişləndirməkdir. Azərbaycanda yeni münaqişə yaratmaq, konflikti qızışdırmaqdır. Düşünürəm ki, bu onlarda alınmayacaq. Çünki bir zərbə ilə postları darmadağın edildi. Yenə belə hədəfləri olsa, darmadağın ediləcəklər”.

Qarabağ qazisi 12 fevral təxribatından sonra Azərbaycanla Ermənistan arasında təhlükəsizlik zonasının yaradılması təklifi ilə çıxış edib:

“Biz Gədəbəydən, Daşkəsəndən tutmuş, Zəngilana qədər minimum 5 km-lik bufer zona yaratmalıyıq. Azərbaycan SQ ilə Ermənistan SQ arasında bir boşluq yaratmalıyıq, hansı ki, o şərti sərhəd sayılacaq. Bilirsiniz ki, sərhədlər hələ delimitasiya, demarkasiya olunmayıb. Nə vaxt ki, sərhədlər müəyyənləşər, onda kimin hara, hansı tərəfə çəkiləcəyinə baxarıq. Ona görə də, təklif edirəm ki, bu kimi halların olmaması və qarşısını almaq üçün 5 km-lik təhlükəsizlik buferimizi yaratmalıyıq. Bunu etmək bizim əlimizdə çətin bir iş deyil. Həm hərbi qulluqçularımızın qorunması, həm də gələcəkdə həmin ərazilərə köçəcək mülki əhalinin təhlükəsizliyini təmin etmək baxımından çox vacibdir”.

QAZİLER.AZ

Diaspora