Rey Kərimoğlu: "Əsgərimizin vurulması sülhə açılan atəşdi!"

Rey Kərimoğlu:  "Əsgərimizin vurulması sülhə açılan atəşdi!" backend

"Əslində dünən Zəngilanda erməni snayperi tərəfindən əsgərimizin vurulması sülhə açılan atəşdi!".

Qaziler.az xəbər verir ki, bu açıqlamanı "Qarabağ qaziləri" ictimai birliyinin mətbuat rəhbəri Rey Kərimoğlu feysbuk səhifəsində paylaşıb. Qarabağ qazisi fevralın 12-də Zəngilanda Ermənistan tərəfindən açılan atəşi Qərbin oyunu adlandırıb:

"Prezident İlham Əliyev bir neçə gün əvvəl açıqlama verir ki, Ermənistanla Azərbaycan sərhədində tam sakitçilikdir. Yəni sülh şəraitindəyik, sülh sazişi olmadan da yaşayırıq. Ardınca Zəngilanda erməni snayperi əsgərimizi yaralayır. Bütün bunlar ABŞ-ın və Avropa İttifaqının oyunlarıdı. Regionda sülh istəmirlər. Ermənistana göndərdikləri "pensioner" patrulların baramağı var bu işdə. Paşik isə yenə Fransa başda olmaqla Avropanın çaldığını oynayır".

Xatırladaq ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb. Fevralın 13-də Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib. Əməliyyat zamanı ermənilərin döyüş postu tamamilə darmadağın edilib, ciddi itkilərin olduğu bildirilib. 

QAZİLER.AZ

Diaspora