Amerikalı jurnalist Karlson: "Putin Ukrayna ilə bağlı ciddi kompromislərə hazırdır" - VİDEO

Amerikalı jurnalist Karlson: "Putin Ukrayna ilə bağlı ciddi kompromislərə hazırdır" - VİDEO backend

Amerikalı jurnalist Taker Karlson Dubayda keçirilən Dünya Hökuməti Sammitində çıxışı zamanı bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə bağlı ciddi kompromislərə getməyə hazırdır.

Qaziler.az xəbər verir ki, onun fikirləri “Smotri” teleqram kanalında yayımlanıb.

Teleaparıcı əlavə edib ki, Moskvada müsahibədən sonra Rusiya lideri ilə çəkilişsiz danışıb, lakin söhbətin məzmununu açıqlamayıb.

O, Putinin Ukrayna ilə bağlı kompromisə hazır olub-olmadığı sualına “Təbii ki...”  cavabını verib.

Karlsonun fikrincə, birqütblü dünya dövründə bəlkə də ABŞ istisna olmaqla, planetin istənilən ölkəsinin liderlərinin işi onları kompromis tapmağa vadar edir. Buna diplomatiya deyirlər.

Qeyd edək ki, Karlson Putindən müsahibə götürüb və bunu öz saytında dərc edib. Müsahibə “Twitter” (X) sosial şəbəkəsində təxminən beş saat ərzində 50 milyondan çox baxış toplayıb. Repostların sayı 155 mini keçib və 474 mindən çox insan bunu bəyənib. Video “YouTube”a yerləşdirildiyi ilk saatlarda 1,38 milyondan çox insan baxıb.

QAZİLER.AZ

Diaspora