"Rusiya üçün çox çətin dövrlər gələcək" - BVF-nin rəhbəri

"Rusiya üçün çox çətin dövrlər gələcək" - BVF-nin rəhbəri backend

Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva bildirib ki, Rusiya iqtisadiyyatı üçün çətin dövrlər gələcək.

Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, Dünya Hökuməti Sammitində CNBC-yə müsahibəsində o, bunun ölkənin müharibə iqtisadiyyatına keçidi ilə bağlı baş verəcəyini qeyd edib.

“Hesab edirəm ki, Rusiya iqtisadiyyatı insanların xaricə axını və sanksiyalar fonunda texnologiyaya çıxışın məhdudlaşdırılması səbəbindən çox çətin günlərlə üzləşəcək”, - BVF rəhbəri vurğulayıb.

Georgiyeva "bu gün ordu üçün istehsalın artdığı və istehlakın azaldığı" faktına diqqət yetirməyə çağırıb. O əlavə edib ki, eyni vəziyyət SSRİ-də də olub.

QAZİLER.AZ

Diaspora