Israillə Fələstin tezliklə sülh sazişi bağlaya bilməyəcək.
QAZILER.AZ APA-ya istinaden xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu ABC televiziya kanalına müsahibəsində deyib.
"Hamı iki dövlətli həll yolundan danışır. Mənə bunun necə olacağı aydın deyil: Fələstin ordusu olmalıdırmı? İranla hərbi müqavilə imzalamalıdırlar? Şimali Koreyadan raketlər və digər silahlar idxal olunacaqmı? "Mən həmişə demişəm ki, sülh sazişi ilə bağlı gələcək hələ çox uzaqdadır", - deyə o bildirib.
Netanyahu vurğulayıb ki, İordaniya çayının qərbindəki ərazilər, o cümlədən Qəzza zolağı üzərində təhlükəsizlik nəzarəti İsrailin əlində qalmalıdır.