Rusiya Prezidenti Vladimir Putin tez bir zamanda müsahibə təklifi ilə gündəmə gələn amerikalı jurnalist Taker Karlsonla danışmağa razı oldu.
QAZILER.AZ Axar.az-a istinaden xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Həqiqətən də o, bizimlə əlaqə saxladı, bu müsahibəni təklif etdi. Biz onun materiallarını fəal şəkildə nəzərdən keçirdik, auditoriyasına baxdıq və müəyyən məsələləri işıqlandırmaqda nə qədər balanslı olduğuna baxdıq. Və biz belə qənaətə gəldik ki, doğrudan da prezidentə belə bir müsahibə verməyi tövsiyə edək. Putin də kifayət qədər tez razılaşdı”, - Peskov bildirib.