Üzvlük haqlarını ödəmək istəməyən NATO müttəfiqlərini müdafiə etməyəcəyik.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq prezidenti Donald Tramp Cənubi Karolinada tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
“Böyük bir ölkənin prezidentlərindən biri mənə dedi: “Əgər biz pul verməsək və Rusiya bizə hücum etsə, sən bizi qoruyarsan?” Dedim: “Ödəməmisiniz. Deməli, ödənişi gecikdirirsiniz?” Yox, mən onları müdafiə etməzdim, qoy istədiklərini etsinlər. Siz hesablarınızı ödəməlisiniz”, - Tramp bildirib.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
