Qərb ölkələrindəki Rusiya səfirliklərinin əməkdaşları davamlı hücumlara məruz qalırlar.
Qaziler.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Moskva 24” telekanalının efirində deyib.
“Səfirliklərimiz sözün əsl mənasında mühasirədədir”, - diplomat iddia edib.
Zaxarovanın sözlərinə görə, son vaxtlar Qərb ölkələrindəki rus diplomatları hibrid müharibəyə bənzər şəraitdə işləmək məcburiyyətində qalıblar.
“Rusiya diplomatik missiyalarının hesabları dondurulub, kommunal xərclərin ödənilməsi mümkünsüz edilib, diplomatların özləri və onların yaşayış yerləri daşlarla və “Molotov kokteyli” ilə hücuma məruz qalıb”, - Zaxarova deyib.
QAZİLER.AZ