Hindistan sülh danışıqlarını Ukraynadakı münaqişənin həllinin ən yaxşı yolu hesab edir.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysval brifinqdə bildirib. Diplomat qeyd edib ki, departament bu məsələ ilə bağlı dəfələrlə öz mövqeyini bildirib.
“Biz dialoq, danışıqlar və diplomatiya istəyirik. Bu irəliləməyin ən yaxşı yoludur. Müzakirə problemlərin həllinin ən yaxşı yoludur”, - deyə o bildirib.
QAZİLER.AZ