Rusiya XİN: Bakı-İrəvan münasibətlərin normallaşdırılmasının ən etibarlı yolu budur

Rusiya XİN: Bakı-İrəvan münasibətlərin normallaşdırılmasının  ən etibarlı yolu budur backend

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasının ən etibarlı yolu üçtərəfli sazişlərin həyata keçirilməsidir.

Qaziler.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin “Rossiya 24” telekanalına müsahibəsində bildirib. O, İrəvanın bunu başa düşəcəyini və bölgədən kənar oyunçuları cəlb etməyəcəyinə ümid etdiyini bildirib.

“Ümid edirik ki, İrəvanda üçtərəfli sazişlərin həyata keçirilməsinin üstünlük təşkil edəcəyi anlayışı var. Bu, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına aparan ən etibarlı yoldur və  regiondankənar oyunçuları, ilk növbədə ABŞ və Avropa İttifaqını cəlb etmək cəhdləri deyil”, - Qaluzin qeyd edib.

Onun sözlərinə görə, Vaşinqton və Brüsselin fəaliyyəti Rusiyanı bu prosesdən sıxışdırmaq, eləcə də Cənubi Qafqazda mövcud qüvvələr balansını pozmağa yönəlib. Bundan əlavə, Rusiya XİN rəhbərinin müavini Rusiya ilə qonşuluqda daha bir qeyri-sabitlik mənbəyinin yaradılması təhlükəsini qeyd edib.

QAZİLER.AZ

Diaspora