Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanması çərçivəsində Rusiyanın vəzifəsi tərəflərə davamlı barışıq və dinc qarşılıqlı fəaliyyət trayektoriyasına nail olmaqda kömək etməkdir.
Qaziler.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “Rossiya 24” telekanalına müsahibəsində bildirib.
Diplomatın fikrincə, bu, regionda vəziyyəti daha davamlı və sabit edəcək.
“Ermənistan-Azərbaycan nizamlanmasında Rusiyanın rolunun alternativi yoxdur, bu rol böyük və unikaldır. İlk növbədə Rusiya prezidenti Vladimir Putinin rolu”, - Qaluzin bildirib.
QAZİLER.AZ