Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Prezident İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.
Qaziler.az xəbər verir ki, Şimali Kipr Prezidenti bu barədə X sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
Paylaşımda bildirilib:
“Azərbaycan Prezidenti vəzifəsinə seçkilərdə ilkin nəticələrə görə tarixi zəfərlə yenidən prezident seçilən cənab İlham Əliyevi ürəkdən təbrik edir, seçkilərin nəticələrinin bütün qardaş Azərbaycana xeyirli olmasını diləyirəm”.