Penitensiar müəssisələrdə indiyədək 1500-ə yaxın məhkum səs verib

Penitensiar müəssisələrdə indiyədək 1500-ə yaxın məhkum səs verib backend

Bu gün keçirilən prezident seçkilərində Ədliyyə Nazirliyi Pentensiar Xidməti üzrə 13 seçki dairəsini əhatə edən 27 seçki məntəqəsi təşkil olunub.

"Report" xəbər verir ki, penitensiar müəssisələrdə səsvermə prosesi davam edir.

Bakı İstintaq Təcridxanasında 29 saylı Sabunçu seçki dairəsinin 38, 39, 40 saylı məntəqəsində səsvermə keçirilir.

38 saylı seçki məntəqəsinin sədri Aslan Mirzəyev bildirib ki, məntəqədə siyahı üzrə 1362 seçicinin qeydiyyatdadır. İndiyədək 800-ə yaxın məhkum səs verib.

39 saylı seçki məntəqəsinin sədri Hüsaməddin Bağırov deyib ki, 1016 nəfər seçici qeydiyyatdadır. İndiyədək 269 məhkum səs verib.

40 saylı seçki məntəqəsinin sədri Sahib Məmmədov isə qeyd edib ki, 1962 nəfər seçici qeydiyyatdadır. Onun sözlərinə görə, indiyədək 200-ə yaxın məhkum səs verib.

41 saylı seçki məntəqəsinin sədri Eldar Mahmudov bildirib ki, məntəqədə siyahı üzrə 532 seçici qeydiyyatdadır. Və indiyədək 200-ə yaxın məhkum səs verib.

Diaspora