Ceyhun Bayramov prezident seçkisində səs verdi

Ceyhun Bayramov prezident seçkisində səs verdi backend

Azərbaycanda növbədənkənar prezident seçkisində səsvermə prosesi davam edir.

Oxu.Az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində səs verib.

C.Bayramov prosedurlara uyğun olaraq, qeydiyyatdan keçib, seçki bülletenini alıb. Daha sonra kabinəyə keçərək öz namizədinə səs verib və bülleteni qutuya atıb.

Qeyd edək ki, 7 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində  819 seçici qeydiyyata alınıb. Məntəqə sədri Məmməd Bəşirovdur.

Diaspora