Avropa Şurasının rəhbəri Şarl Mişel xəbərdarlıq edib ki, Avropa İttifaqının köməyi olmasa, Kiyev su tapançaları ilə döyüşməli olacaq.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, o, müvafiq bəyanatla Avropa Parlamentinin iclasında çıxış edib, hansı ki orada bir sıra deputatlar Ukraynaya yardımın davam etdirilməsinin əleyhinə çıxış ediblər.
Mişelin dediyi kimi, o, Kiyevə silah tədarükü zərurəti ilə bağlı şübhələrini ifadə edən ifrat solçu parlamentarilərin təkliflərinə təəccüblənib.
"Nə istəyirsiniz? Ukraynanın su tapançaları ilə özünü müdafiə etməsini və müzakirələr aparmasını..? İstədiyiniz budur?”, - Avropa Şurasının rəhbəri soruşub.
Bundan əvvəl o, Ukraynaya dəstəyi “Avropa İttifaqının təhlükəsizliyinə sərmayə” adlandırmışdı.
QAZİLER.AZ