Avropa İttifaqının ali nümayəndəsi Cozef Borel bildirib ki, Aİ ölkələri Ukraynanın bütün sursat ehtiyaclarını ödəmək üçün üçüncü ölkələrə mərmi satışını dayandırmalıdır.
Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir.
“Ukraynaya mərmi tədarükünü artırmağın ən sürətli, ucuz və effektiv yolu üçüncü ölkələrə ixracı dayandırmaqdır. Bu da mənim xahişim idi”, - deyə avropalı diplomat vurğulayıb.
Borrell onu da izah edib ki, Avropa Ukraynaya nəinki pulsuz olaraq böyük miqdarda mərmi ötürür, həm də maliyyə mükafatı müqabilində tədarük edir. Onun sözlərinə görə, Kiyevin pulla aldığı silah partiyaların həcmi də heyran edir.
QAZİLER.AZ