"Rusiyanın milyardlıq aktivlərini cinayətkar Zelenski rejiminə verəcəyik" - Duqlas Makqreqor

"Rusiyanın milyardlıq aktivlərini cinayətkar Zelenski rejiminə verəcəyik" - Duqlas Makqreqor backend

Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor jurnalist Stiven Qardnerə müsahibəsində təklif edib ki, Qərb Rusiyanın aktivlərini ələ keçirdikdən sonra bir çox ölkələr ABŞ-da ehtiyatlarını saxlamağı dayandıracaq. Belə dövlətlər arasında o, Çin, Hindistan, Braziliya və Səudiyyə Ərəbistanının adını çəkib.

Qaziler.az bu barədə “Nyus.ru”ya istinadla xəbər verir. O müsahibəsində deyib:

“Biz Rusiyaya məxsus 300 milyard dollarlıq aktivləri müsadirə edib, sonra qanunsuz olaraq Ukraynaya, cinayətkar Zelenski rejiminə keçirməyə hazırlaşırıq. Dayan və düşün. Özünüzü Hindistan, Çin, Braziliya, Səudiyyə Ərəbistanının yerində təsəvvür edin. Niyə pullarınızı ABŞ Xəzinədarlıqlarında saxlayasınız ki? – Makqreqor sual verib.

O vurğulayıb ki, ABŞ öz hərəkətləri ilə özünü tələyə salır, çünki Amerika dövlət istiqrazlarında payı olan ölkələr bundan kütləvi şəkildə qurtulmağa başlayacaqlar.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya aktivlərinin müsadirəsi uzunmüddətli məhkəmə prosesləri ilə nəticələnəcək.

QAZİLER.AZ

Diaspora