Ermənistan günahsız mülki insanların minaya düşərək həlak olmasına görə məsuliyyət daşıyır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşım edilib.
Qeyd olunub ki, 2020-ci ilin sonundan bəri 344 nəfər Ermənistanın döşədiyi minaya düşüb. Onlardan 65 nəfər həlak olub.
"Son iki gündə mina partlaması nəticəsində daha bir mülki şəxs yaralanıb", - nazirlikdən bildirilib.
Xatırladaq ki, son 2 gündə - fevralın 4-də və 5-də Tərtərdə iki mülki şəxs minaya düşüb.