Zelenski nədən qorxur? - Ukraynalı hərbçi sirri açdı

Zelenski nədən qorxur? - Ukraynalı hərbçi sirri açdı backend

Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının istefasının nəticələrindən qorxur.

QAZİLER.AZ  Publika.az-a istinadən  xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

Ukraynalı hərbçi jurnalistlərə deyib ki, “Zalujnı çıxarılarsa, iğtişaşlar başlaya bilər”.

Məqalədə həmçinin qeyd olunub ki, Vladimir Zelenski sadəcə olaraq Valeri Zalujnı “oyunu bitirməklə” işdən çıxara bilər.

Fevralın 1-də Amerikanın CNN telekanalı Ukrayna prezidentinin yaxın günlərdə Ukrayna Silahlı Qüvvələrinin baş komandanını vəzifəsindən azad etməyi planlaşdırdığını bildirib. Mənbələr qeyd edib ki, yeni baş komandan vəzifəsinə iki namizəd nəzərdən keçirilir: Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov, eləcə də Silahlı Qüvvələrin quru qoşunlarının komandanı Aleksandr Sirski. Lakin hər ikisi yeni vəzifə tutmaq təklifindən imtina edib.

 

 

Diaspora