Binəqədidə seçicilərlə görüş keçirildi - FOTO

Binəqədidə seçicilərlə görüş keçirildi - FOTO backend

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Binəqədi rayonunda seçicilərlə görüş keçirilib.

QAZİLER.AZ  Publika.az -a istinadən xəbər verir ki, tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, Milli Məclisin deputatı Kamaləddin Qafarov, təşviqat qrupunun üzvləri Aslan Mehdiyev, Bəhram Şiriyev, Həcər Mirzəyeva çıxış ediblər.

Çıxışlarda bildirilib ki, qalib xalqın qaib Lideri kimi İlham Əliyev hər zaman Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması, tarixi torpaqlarımızın işğaldan azad edilməsi üçün misilsiz əzmkarlıqla çalışıb. Məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz qəhrəmanlıq dastanı yazaraq ərazi bütövlüyümüzü tam bərpa edib. İndi işğaldan azad edilmiş ərazilərimiz yenidən

qurulur, soydaşlarımız öz yurdlarına geri qayıdır.

Natiqlər çıxışlarında bütün seçiciləri seçkilərdə fəal olmağa və qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər bildiriblər ki, fevralın 7-də keçiriləcək seçkilərdə fəal iştirak edəcək, Müzəffər Ali Baş Komandan, dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətləri olan Lider İlham Əliyevə səs verəcəklər.

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

 

 

Diaspora