Ukrayna ilə bağlı Orbanın nə ilə hədələndiyi məlum olub

Ukrayna ilə bağlı Orbanın nə ilə hədələndiyi məlum olub backend

Macarıstanın baş naziri Viktor Orban Aİ-nin Ukraynaya maliyyə yardımını dəstəkləməkdən imtina etdiyi üçün səsvermə hüququndan məhrum edilməklə hədələnib.

Qaziler.az “Nyus.ru”ya istinadla bildirir ki, bu haqda “Corriere della Sera” qəzeti yazıb. Nəşrin məlumatna görə, əsas məsələ Kiyev üçün pula görə deyil, Aİ-də parçalanma təhlükəsi ilə bağlı idi.

Jurnalistlərin fikrincə, Orbanla eyni fikirdə olan İtaliyanın baş naziri Giorgia Meloni danışıqlarda mühüm rol oynayıb. Media iddia edir ki, siyasətçinin razılığı kollektiv təzyiqin nəticəsi olub. Avropa liderləri və Aİ rəhbərliyi Aİ Xartiyasının ikinci bəndinin yeddinci maddəsini səslərdən məhrum etmə, yəni qərar qəbul etməkdən kənarlaşdırma ilə hədələyib.

Qeyd edək ki, fevralın 1-də Brüsseldə keçirilən sammitdə Aİ liderləri Ukraynaya 50 milyard avro dəyərində uzunmüddətli yardım göstərmək barədə razılığa gəliblər. Proqram 2024-2027-ci illər üçün nəzərdə tutulub ki, bu da ildə orta hesabla 12,5 milyard avro deməkdir. Yardımın silahlara və müəllimlərə ödənişlərə gedəcəyi bildirilib.

QAZİLER.AZ

Diaspora