Rusiyalı deputat Paşinyanın bəyanatını alçaqlıq adlandırdı

Rusiyalı deputat Paşinyanın bəyanatını alçaqlıq adlandırdı backend

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Rusiya ilə müdafiə sahəsində əməkdaşlığı ilə bağlı alçaq bəyanatla çıxış edib.

Bu barədə “NEWS.ru”ya açıqlamasında Rusiya Federasiyası Dövlət Dumasının deputatı Viktor Sobolev deyib.

Deputat Ermənistanda Rusiya Silahlı Qüvvələrinin hərbi bazasının olduğunu xatırladıb. O, bununla Paşinyanın Moskvanın artıq İrəvanın müdafiə və hərbi-texniki sahədə əsas tərəfdaşı ola bilməyəcəyi barədə sözlərinə münasibət bildirib.

“Mən bu bəyanatdan şoka düşdüm, çünki Ermənistanda Rusiyanın hərbi bazaları - aviasiya bazası, bütöv bir diviziyası var. Və o, belə bir bəyanat verir. Görünür, tamamilə ABŞ-nin təsiri altına düşüb. Amerika da Mərkəzi Asiya istiqamətində, Uzaq Şərqdə, Şimal-Qərbdə anti-Rusiya fəaliyyətlərini gücləndirir. Bu, gözlənilən idi, lakin Paşinyan tərəfindən səsləndirilən bəyanat alçaqlıqdır”, - Sobolev söyləyib.

Xatırladaq ki, daha əvvəl Ermənistan İctimai Radiosuna müsahibəsində Paşinyan obyektiv və subyektiv səbəblərə görə Rusiyanın artıq Ermənistanın müdafiə və hərbi-texniki sahədə əsas tərəfdaşı ola bilməyəcəyini deyib. O qeyd edib ki, əvvəllər sadalanan sahələrdə əlaqələrin 95-97%-i Rusiya ilə olub.

Report.az

loading...
Diaspora