"İrəvan Qarabağın tanınmasını Konstitusiyada əks etdirməlidir" - Leonid Kalaşnikov

"İrəvan Qarabağın tanınmasını Konstitusiyada əks etdirməlidir" - Leonid Kalaşnikov backend

"Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıbsa, bu, onun Konstitusiyasında öz əksini tapmalıdır".

Qaziler.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin rəhbəri Leonid Kalaşnikov “NEWS.ru” açıqlamasında deyib. Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın belə bir addımı dəstəkləməsi yaxşı siqnaldır.

“Əgər Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, o zaman Konstitusiyada başqa heç nə olmamalıdır”, - deyə deputat bildirib.

Eyni zamanda, Kalaşnikov vurğulayıb ki, sərhədin delimitasiyası və demarkasiyası məsələsi iki ölkə tərəfindən həll edilməli olan məsələdir.

QAZİLER.AZ

Diaspora