Aİ ölkələri Rusiyanı qəsdən iblisləşdirir və onu Avropa İttifaqının düşməni kimi təqdim edirlər.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib. Onun sözlərinə görə, bu, vergi ödəyicilərindən daha çox pul qoparmaq məqsədilə edilir.
“Vəziyyət göz qabağındadır. Bunlar Rusiyanı şeytanlaşdırmaq, düşmən obrazı yaratmaq cəhdləridir, bunun əsasında vergi ödəyicilərindən əlavə pul çıxarırlar”, - Peskov vurğulayıb.
Belə ki, Rusiya prezidentinin mətbuat katibi “The Wall Street Journal” qəzetində dərc olunan məqaləni şərh edib. O qeyd edib ki, Aİ liderləri Moskva Kiyevlə qarşıdurmada qalib gələcəyi təqdirdə Rusiya ilə münaqişədən qorxurlar. Materialda göstərilib ki, bu səbəbdən Avropa İttifaqı Macarıstana təzyiq göstərir ki, Ukraynaya pul ayrılmasına mane olmasın.
QAZİLER.AZ