Fransa prezidenti Emmanuel Makron bildirib ki, ABŞ-ın Kiyevə əlavə yardımla bağlı qərarlarına baxmayaraq, Avropa İttifaqı (Aİ) Ukrayna Silahlı Qüvvələrinə dəstəyi davam etdirəcək.
Qaziler.az xəbər verir ki, onun sözlərini “Politico” sitat gətirib.
Makron vurğulayıb ki, Vaşinqton yaxın aylarda respublikaya dəstəyini geri götürsə belə, Avropa ölkələri Ukraynanı dəstəkləmək üçün “cəsarətli və yenilikçi qərarlar” qəbul etməlidir.
"Biz nəyin bahasına olursa-olsun Ukraynanı qorumaq və dəstəkləmək üçün hərəkətə keçməyə hazır olmalıyıq", - Fransa prezidenti bildirib.
Onun fikrincə, Avropa coğrafi baxımdan okeanın o tayında yerləşdiyi üçün “yaxşı müttəfiq olsalar belə, böyük güclərin” köməyinə arxalanmamalıdır.
QAZİLER.AZ