Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, Şimali Atlantika Alyansı ABŞ tərəfindən idarə olunur. Onun sözlərinə görə, NATO qarşıdurma alətinə və Rusiya üçün təhlükəyə çevrilib.
Qaziler.az xəbər verir ki, Peskovun fikirlərini “İzvestiya" dərc edib..
“Bizim anlayışımıza görə, NATO qarşıdurma alətidir, alyans qarşıdurma aləti kimi düşünülüb, formalaşıb, konfiqurasiya edilib və hazırda ABŞ tərəfindən idarə olunur”, - Peskov vurğulayıb.
Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, NATO öz hərbi infrastrukturunu Rusiya sərhədlərinə yaxınlaşdırmağa davam edir. Bununla belə, Moskva cavab olaraq müvafiq tədbirlər görür.
QAZİLER.AZ