“Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə qələbəsi Avropa üçün qəbuledilməzdir. Ona görə də Amerika Birləşmiş Ştatlarının bunu edib-etməməsindən asılı olmayaraq, Avropa ölkələri Kiyevi dəstəkləməyə hazır olmalıdır”.
Qaziler.az UNİAN-a istinadla bildirir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron İsveçə səfəri zamanı çıxışında deyib. O qeyd edib ki, müdafiə istehsalının artırılması ilə bağlı artıq bir sıra qərarlar qəbul edilib.
"Birincisi, nə baş verməsindən və ABŞ-nin qərarlarından asılı olmayaraq, biz Ukraynanı müdafiə etməyə və dəstəkləməyə hazır olmalıyıq. ABŞ-nin bizim tərəfdaşımız olmağa davam etməsi üçün yaxşı şans var. Ancaq Ukraynanın Avropa qitəsinin bir hissəsi olduğunu aydın şəkildə başa düşməliyik. Və ABŞ nə edirsə etsin, biz Ukraynanı və Ukrayna xalqını dəstəkləmək üçün düzgün və cəsarətli qərar verməliyik”, - Makron bildirib.
QAZİLER.AZ