Cozef Borel Ukraynada sülhə qarşı çıxıb

Cozef Borel Ukraynada sülhə qarşı çıxıb backend

Avropa İttifaqının ali nümayəndəsi Cozef Borel Ukraynada davam edən münaqişə çərçivəsində sülh ideyasına qarşı çıxıb.

Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, siyasətçi bu barədə Fransanın “L'Obs” jurnalı üçün yazdığı məqalədə bildirib.

“Nəticədə biz yenidən Ukraynanın qalib gələ bilməyəcəyi və Qərbin dəstəyinin olmayacağı fikirləri eşidirik. Bir daha, barışıq vəsvəsələri üzə çıxır. Bu fikirlər 2022-ci ildə səhv idi və bu gün də yanlış olaraq qalır. Biz onların Ukrayna ilə bağlı siyasətimizi formalaşdırmasına imkan verməməliyik”, - Borel deyib.

O, bir daha oxuculara xatırladıb ki, Ukraynanın ötən ilin yayında keçirdiyi əks-hücum Qərb üçün gözlənilən nəticəni vermədi.

Bununla əlaqədar Borrell “Ukraynaya dəstək paradiqmasını “nə qədər lazımdır” bəyanatından Ukraynanın qələbəsi üçün “nə lazımdırsa” etmək öhdəliyinə keçməyə” çağırıb.

QAZİLER.AZ

Diaspora